MUZEYƏ EKSKURSİYA TƏŞKİL OLUNUB

Məktəbin 8 "b" sinif şagirdləri sinif rəhbəri Vəsvinaz Ələkbərovanın təşkilatçılığı ilə Milli İncəsənət Muzeyinə ,Müasir İncəsənət Muzeyi və Miniatür Kitab Muzeyinə ekskursiya ediblər.

Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.

Ekskursiya zamanı şagirdlər Azərbaycan tarixini və incəsənətini, milli sərvətlərini əks etdirən ekspozisiyalarla, yerli və xarici rəssamların rəsmləri ilə tanış olublar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi