NARKOMANİYAYA QARŞI MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ TƏDBİR

   

  "Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı"nın icrası ilə bağlı "Narkomaniyaya qarşı mübarizə" mövzusunda şagirdlərlə görüş keçirilib. 
                Sabunçu RPİ-nin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin baş inspektoru İbrahim Məmmədov , Ramana Bələdiyyə sədri Turqay Qəribov ,məktəb rəhbəri Svetlana Nəbiyeva, direktor müavini Aygün Sadıqova , psixoloq Cəmilə Məmmədovanın iştirakı ilə keçən tədbirdə “Narkomaniyaya yox deyək ” şüarı ətrafında geniş maarifləndirici söhbət aparılıb. Tədbir zamanı bildirilib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığını diqqətə çatdırılıb. Qeyd edilib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.
                 Sonda məktəblilərin ünvanladığı suallar cavablandırılıb Şagirdlərə narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verilib, sağlam həyat tərzi keçirmələrinin əhəmiyyəti onlara hərtərəfli izah edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi