ŞAGİRDLƏRƏ QAYĞI GƏLƏCƏYİMİZƏ QAYĞIDIR
Müəllim-şagird-valideyn üçbucağının məktəbdə rolu vacib məqamdır. Təlim-tərbiyə kimi məsuliyyətli bir prosesin öhdəsindən gəlmək çətin və şərəfli işdir. Bu prosesi şagird, müəllim və valideynin səmərəli şəkildə qurulmuş üçbucağı fonunda daha yaxşı formalaşdırmaq olar. Bu məqsədlə məktəbdə bir sıra tədbirlər keçirilir.
Məktəbin əməliyyat olunan 7"f" sinif şagirdi Hüseynov Əli Tural oğlunun evinə sinif rəhbəri Qəmər İmaməliyeva, sosial pedaqoq Rəsmiyyə Quliyeva, məktəb psixoloqu Cəmilə Məmmədova və sinif yoldaşları baş çəkib.
Əməliyyat olunan şagirdin valideyni göstərilən diqqət və qayğıya , dəstəyə görə məktəb rəhbəri Svetlana Nəbiyevaya ,həmçinin məktəb kollektivinə öz minnətdarlığını bildirib .
Qeyd edək ki, məktəbimizdə xüsusi diqqət və qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum şagirdlər, xüsusi imtiyaza malik imkansız ailələrin uşaqları təhsil alırlar. Əminliklə demək olar ki, bu kateqoriyadan olan şagirdlər dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Eyni zamanda bu şagirdlər məktəb rəhbərliyinin , sinif rəhbərlərinin, müəllimlərin hər zaman diqqət mərkəzindədir. Elə bu diqqət və qayğının nəticəsidir ki, şagirdlərin təhsildə, imtahanlarda qazandığı uğurlar ildən-ilə artmaqdadır.