MÜTALİƏ BACARIQLARIMIZI İNKİŞAF ETDİRƏK

 

Şagirdlər məktəb kitabxanası ilə sıx əlaqə saxlayır, həm bədii, həm də elmi və məntiqi təfəkkürü inkişaf etdirən əsərlər oxuyurlar. Elə bunun nəticəsidir ki, tez-tez maraqlı müzakirələr keçirir, disputlar təşkil edirlər.

Bu məqsədlə də şagirdlər ilə kitabxanaçılarımızın fəal diskussiyası təşkil edilib. Kitabxana fonduna yeni daxil olmuş "Fədakar kəndli" adlı kitabın mütaliəsi və təhlili aparılıb.

Kitabxana müdiri Minayə Əzimova ,kitabxanaçı Fəxriyyə Səfərovanın başçılığı təşkil olunan mütaliə saatında şagirdləri maraqlandıran suallara cavab verilib. Geniş fikir mübadiləsi və müzakirəsi aparılıb.

Bildirilib ki, bu cür tədbirlərin keçirilməsi şagirdlərimizin bədii ədəbiyyata olan marağını daha da artıracaq, oxucuya xidmətin keyfiyyətini yüksəltmək və oxucu sorğularının maksimum tam ödənilməsi üçün şərait yaradacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi