MƏKTƏB PSİXOLOQU VALİDEYNLƏRLƏ GÖRÜŞ KEÇİRİB
Valideyn iclasları məktəblə valideyn arasında əməkdaşlığın əsasıdır.
Bu məqsədlə, 25 noyabr 2023 tarixində məktəb psixoloqları Cəmilə Məmmədova və Vüsalə Orucova 3 "c" sinif valideynləri ilə görüş keçirib. Şagirdlərin psixoemosional vəziyyəti haqqında valideynlərə məlumat verilib.
Psixoloq şagirdlərdə keçirilən psixoloji sorğuların əhəmiyyəti və nəticələri barədə, valideyn-övlad münasibətləri və s. məsələlərə aydınlıq gətirib. Sonda valideynlərin fikirləri dinlənilib ,onları maraqlandıran suallara ətraflı cavab verilib, müəyyən məsləhətlər tövsiyə olunub. Görüş valideynlər tərəfindən xoş qarşılanıb.