Növbəti Pedaqoji Şura iclası keçirilib
Fəaliyyət Planına uyğun olaraq 2023/2024-cü tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirilib. İclas məktəb rəhbəri Svetlana Nəbiyevanın çıxışı ilə başlayıb. Əvvəlcə , pedaqoji heyət salamlanıb və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimlər məlumatdırılıb.
İclasda IX sinif buraxılış imtahanlarına hazırlıq vəziyyətinin öyrənilməsi , Rəqəmsal bacarıqlar və STEAM layihələrinin tədris səviyyəsinin öyrənilməsi , Respublika fənn olimpiadalarına və fənn müsabiqələrinə hazırlıq , fənn aylıqlarının təşkili , Kiçik Akademiyanın fəaliyyəti , şagird davranış qaydalarının tətbiqi ilə bağlı görülən işlərin hesabatı, şagirdlərin dərsə davamiyyəti, dərsdən yayınan şagirdlər haqqında görülən tədbirlər, xüsusi hallar haqqında ətraflı məlumat , risk qrupuna daxil olan şagirdlərlə aparılan işlər və digər cari məsələr müzakirə olunub.