Şagirdlər payız tətilini əyləncəli və səmərəli keçiriblər

Məktəbin 2 "g" sinif şagirdləri payız tətilini səmərəli keçirmək məqsədilə Bakı Uşaq və Gənclər teatrında ekskursiyada olublar. İbtidai sinif müəllimi Elmira Şəripovanın başçılığı ilə teatrda  şagirdlər  "Sirlər xəzinəsi" tamaşasını maraqla izləyiblər.

Qeyd edək ki, tətil günlərində məktəblilər üçün maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tariximiz haqqında dolğun məlumatlar çatdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi