Bakı Zooloji Parkına ekskursiya

Məktəbin 7 “b” sinif şagirdləri coğrafiya müəllimi Ramilə Məmmədlinin rəhbərliyi ilə  Bakı Zooloji Parkına ekskursiya ediblər.

Şagirdlər parkdakı heyvanlar haqqında ətraflı məlumat əldə ediblər. Bildirilib ki, Bakı Zooloji Parkı dünyada mövcud olan parklar səviyyəsində yaradılıb. Çox geniş əraziyə malik olan parkda təbii mühitin qorunmasına xüsusi diqqət yetirilir. Nadir heyvanların qorunması, qidalanması, saxlanılması hər növün öz ehtiyacları nəzərə alınaraq hazırlanıb.

Bu isə şagirdlərə dərsliklərdə qiyabi şəkildə öyrəndiklərini burada əyani olaraq görmək imkanı qazandırıb. Azərbaycanın nadir faunası haqqında məlumat əldə edilə biləcək, eyni zamanda Azərbaycanın “Qırmızı kitab”ına daxil olan növlərin təbii şəraitdə qorunması, artırılması haqqında da məktəblilərə məlumat verilib.

Şagirdlərin Bakı Zooloji Parkına olan ekskursiyaları onların bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm rol oynayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi