Məktəbimiz "Playmakers" layihəsində

Elm və Təhsil Nazirliyinin dəstəyi, UEFA , AFFA-nın birgə əməkdaşlığı ilə ölkəmizdə qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlı qızlar üçün həyata keçirilən "Playmakers" layihəsinə start verilib.

Layihənin əsas məqsədi "Disney" cizgi filmləri hekayələri üzərindən qızların sağlam həyat tərzinə cəlb edilməsi və eləcə də, sosial bacarıqların, fundamental fiziki hərəkətlərin və futbolun əsaslarının öyrədilməsidir.

Məktəbimiz də bu  layihəyə qoşulub və artıq "Playmakers" mərkəzlərindən biridir.

Fiziki tərbiyə müəllimi Rafiq Bayramovun başçılığı ilə keçirilən layihə 2024-cü ilin sonuna qədər davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi