8D SİNİF ŞAGİRDLƏRİ EKSKURSİYA EDİB

     8 "d" sinif şagirdləri sinif rəhbəri Ramilə Məmmədlinin təşkilatçılığı ilə Azərbaycanın ən ucqar şərq nöqtəsi olan Şahdili burnuna ekskursiya ediblər.

     Həmçinin Abşeron milli parkına ekskursiya baş tutmuşdur. Ekskursiyanın məqsədi Abşeron milli parkının turizim potensialının şagirdlər tərəfindən qiymətləndirilməsi, eyni zamanda orada yayılan bitki və heyvan növlərinin öyrənilməsi və araşdırılması idi.  Abşeron milli parkının iqlim və torpaq xüsusiyyətləri, dənizin təbiətinin dəyişilməsi kimi amillər şagirdlər tərəfindən müşahidə olunmuşdur.

      Daha sonra Abşeron milli parkının ərazisində yerləşən Azərbaycan Respublikasının ən ucqar şərq nöqtəsi olan Şahdili burnuna yürüş təşkil olunub . Yol boyu ərazinin landşaft xüsusiyyəti, bitki və heyvanat aləmi haqqında geniş məlumat verilmişdir. Ərazidə xüsusi qorunan bitki növləri ilə tanışlıq, dənizdə təsadüfi rast gəlinən su ilanları şagirdlərin marağını cəlb etmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi