9-cu Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiya təşkil olunub

     Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı baş tutdu . 
    Məktəbin 9A sinif şagirdləri sərgidə iştirak etdilər.  Sinif rəhbəri Cəmşidova Tahirə və sinfin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəfərova Günel tərəfindən təşkil olunan ekskursiyada şagirdlər bir sıra nəşr evlərinin təqdim etdiyi kitablarla , xarici ölkələrin nəşrləri ilə tanış oldular, sevdikləri müəlliflərin kitablarını əldə etdilər. 
    Ekskursiya proqramının ikinci hissəsi Tarix muzeyi ilə davam etdirildi. Muzeydə Bakı milyonçusu H.Z.Tağıyevin ev muzeyi ilə  tanış olan şagirdlər bu ekskursiyadan böyük təəssüratla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi