Fəxri Xiyabanlar və Şəhidlər Xiyabanı ziyarət olunub

     1q sinif şagirdləri ibtidai sinif müəllimi Ülviyyə Əmiraslanovanın başçılığı ilə Zəfər Günü münasibəti ilə  Fəxri Xiyabanları və Şəhidlər Xiyabanını ziyarət ediblər.  
    I Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olundu. Daha sonra Fəxri Xiyabanda olan digər görkəmli şəxsiyyətlərin Azərbaycan üçün əhəmiyyətli fəaliyyətləri haqqında şagirdlər məlumatlandırıldı.  General Polad Həşimovun, Dövlətzadə Cəbrayıl,Turqut Xəlilbəyli və digər 44 günlük müharibədə şəhidlik zirvəsinə ucalmış igidlərimizi, həmçinin l Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanları yad etdik. Mübariz İbrahimovun məzarı üzərində şeirlər söylənildi.  20 yanvar şəhidləri, 1q sinfində oxuyan Rzazadə Səmanın babasının- l Qarabağ müharibəsində şəhid olan Sadiqov Vahidin qəbri ziyarət olundu. 
    Bununla yanaşı Salatın Əsgərov, Əlif Hacıyev, Çingiz Mustafayev yad edilərək uşaqlara onların qəhrəmanlıqları haqqında danışıldı.Bakı Türk şəhid məzarlığı , həmçinin Həzi Aslanov yad edildi.
     Şagirdlər Xiyabanda şəhid Kapitan Pənahov Əkbər Bəylər oğlunun anası ilə qarşılaşıb.Anaya səbr arzulayıb,  belə igid övlad böyütdüyü üçün minnətdarlıq ediblər. Şəhidlərin ruhuna dualar olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi