ŞƏHİDLƏR XİYABANI ZİYARƏT EDİLİB

      Məktəbin 4e sinif şagirdləri ibtidai sinif müəllimi Leyla Məmmədovanın  rəhbərliyi ilə 8 Noyabr -Zəfər Günü münasibəti ilə Ramanada yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Məktəbimizin şəhid məzunu şəhid Əliyev Abbas Salman oğlunun və vətən yolunda canından keçmiş digər şəhidlərimizin əziz ruhu yad edilib.
     Qeyd edək ki ,Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən Müharibəsi zamanı şəhid olmuş müzəffər Azərbaycan ordusunun igid,cəsur oğulları uyuyur. Həmin şəhidlərin məzarları ziyarət edilib ,bir dəqiqəlik sükutla ruhları yad edilib və məzarları üzərində gül dəstələri düzülüb.
     Müəllim Leyla Məmmədova 44 günlük Vətən Müharibəsi haqqında şagirdlərə məlumat verib . Şagirdlər də öz növbəsində  Zəfər Gününə həsr olunmuş şeirlər səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi