Xa sinif şagirdləri ekskursiyada

     Məktəbin Xa sinif şagirdləri Azərbaycan İstiqlal Muzeyinə ekskursiya ediblər. 8 noyabr Zəfər bayramı və 9 noyabr Dövlət Bayrağı Günü ilə bağlı müzeyin sərgi zalında tarix müəllimi Məhsəti Səfəri tərəfindən ekskursiya şəklində açıq tədris olundu.
Təcrübi dərs şagirdlərin ciddi marağına və həvəsinə səbəb oldu.
      Ekskursiya zamanı  muzey eksponatlarının nümayiş etdirildiyi 6 zalı şagirdlər böyük maraqla gəzdilər.
 1-ci zal Azərbaycanın qədim zamanlardan XIX əsrə qədər olan tarxini əks etdirir.
2-ci zal Azərbaycan tarixinin  XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri dövrünü əks etdirilir.
3-cü zalda XX əsrin birinci yarısında Cənubi Azərbaycanda olan milli-azadlıq hərəkatları göstərilir.
4-cü zalda Azərbaycanın repressiya illərində və Böyük Vətən Müharıbısi illərindəki  tarixi nümayiş olunur.
5-ci zal XX əsrin axırları Azərbaycan tarixi və Qarabağ müharibəsində həsr edilib. Həmçinin Vətən müharibəsi şəhidlərinə aid eksponatlar nümayiş etdirilir.
6- cı zalda isə Müstəqil Azərbaycan Respublikasının tarixi və ümummilli lider Heydər Əliyevin fəaliyyəti əks etdirilir.
      Qeyd edilən eksponatlar,  mənbələr və tarixi faktlar əsasında müasir Azərbaycan tarixi haqqında şagirdlərə əyani məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi