ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏRS

Məktəbdə Zəfər Gününə və Bayraq Gününə həsr olunmuş "Haqq savaşımız Zəfərlə başa çatdı! Zəfər ədalətin təntənəsidir!" mövzusunda interaktiv dərs keçirilib.
10a və 11c sinfində tarix müəllimi Məhsəti Səfərinin başçılığı ilə keçirilən interaktiv dərs Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilib. Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılıb, şəhidlər bir dəqiqəlik sükutla yad edilib.Şagirdlər Zəfər Gününə həsr olunmuş rəsmlər ,divar qəzetləri , videoçarxlar hazırlayıblar, qəhrəmanlıq haqqında şeirlər səsləndiriblər.