Zəfər Gününə həsr olunmuş tədbir

      Məktəbdə 8f və 1q sinfi tərəfindən Şəhid Kapitan Rəşad Əliyevə və Zəfər Gününə həsr olunmuş tədbir keçirildi." Zəfərin mübarək, Azərbaycan xalqı!" adlı keçirilən tədbir riyaziyyat müəllimi Sevda Xankişiyeva ,ibtidai müəllimi Ülviyyə Əmiraslanovanın başçılığı ilə keçib. 
     Tədbirdə fəxri qonaq kimi Rəşad Əliyevin xanımı Mövlanə, qızı Zəhra və oğlu Tunar iştirak etdi. Əvvəlcə Vətənə aid şeirlər söylənildi və səhnəciklər nümayiş olundu. Rəşad Əliyevin həyatı və döyüş səhnələri canlandırıldı. Qələbəyə aid şeirlərlə tədbir daha da canlandı. Zəhra üçün "Mənim atam qəhrəmandır" mahnısı səsləndirilib. 1q sinif şagirdləri tərəfindən nümayiş olunan rəqs maraqla qarşılanıb.
    Tədbir zamanı qələbənin başlanğıcı saydığımız Mübariz İbrahimov və aprel döyüşlərində şəhid olan igidləri, general Polad Həşimov, Arəstə Baxışova və şəhidlik zirvəsinə ucalmış müəllimlər yad edildi. Şəhidlərin heç bir zaman unudulmayacağı vurğulandı. Sonda qonaqlar öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi