Zəfər Gününə həsr olunmuş tədbir

     Məktəbin ingilis dili müəllimi Zülfiyyə Hacıyeva şagirdlər ilə birlikdə Zəfər Gününə aid "Unudulmaz qəhrəmanlar" adlı tədbir keçirmişdir. Tədbirə məktəbimizin Şəhid məzunları olan Əli Seyidovun, Osman Manafovun, Abbas Əliyevin, Tural Dəmirçiyevin və Elcan Məmmədovun anaları, 44 günlük müharibənin şəhidlərindən Bilal Qəmbərlinin valideynləri və bacısı, Şuşa fatehi Fərid Həsənov , Suqovuşan qazisi Xankişi Yusifov dəvət olunmuşdu. 
Tədbir 3 hissədən ibarət idi. I hissədə Şəhid Bilal Qəmbərlinin həyatı ilə bağlı tamaşa, ll hissədə Şuşa Fatehi Fərid Həsənovun təşəbbüsü ilə keçirilən  Vətənpərvər ruhda inşa müsabiqəsinin qaliblərinin təyin olunması və mükafatlandırılması, lll hissədə isə Zəfər Gününə aid səhnəciklər, rəqslər və şeirlər oldu. 
     Sonda məktəbimizin tərbiyə işləri direktor müavini Aygün Sadıqova və tədbirin təşkilatçısı Zülfiyyə Hacıyeva şəhid ailələri və qazilərə hədiyyələri təqdim etmiş və xatirə şəkilləri çəkdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi