“Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində tədbir keçirilib

    Məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində Ramana qəsəbəsində yerləşən 90, 78,  137, 198 və 296 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə tədbir keçirildi.
   90 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə çıxış edən  məktəblilər məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları və onların fəsadları mövzuları ətrafında hazırladıqları səhnəcikləri nümayiş etdirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi