Xalq şairi Məmməd Araza həsr olunmuş tədbir

     28 oktyabr 2023-cü il tarixində məktəb kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
      Kitabxana müdiri Minayə Əzimova, kitabxanaçı Fəxriyyə Səfərova ,Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənova , Məmməd Arazın qohumu məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səma Bağırovanın , şagirdlərin iştirakı ilə  keçən tədbirdə Azərbaycan poeziyasının milli iftixarı olan Məmməd Arazın milli ədəbiyyatımızın inkişafındakı müstəsna xidmətlərindən, mənalı, keşməkeşli və şərəfli ömür yolundan, təkrarolunmaz yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən, aktuallığını bu gün də itirməyən publisistikasından söhbət açılmışdır. Görkəmli sənətkarın həyatı və yaradıcılığı ilə bağlı bir-birindən maraqlı məlumatlar  səsləndirilib. Tədbirdə məktəblilər Məmməd Araz yaradıcılığından şeirlər səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi