Maraqlı STEAM dərsi
8a sinfində STEAM dərsində müəllim Mətanət Məmmədrəhimova "Təfəkkür və qavrama ,Strup effekti" mövzusunda maraqlı dərs keçirib. Şagirdlər qutuların içində olan əşyalar haqqında təsəvvür formalaşdırdılar .
Daha sonra təsəvvürlərinin nə qədər dəqiq olduğu müəyyənləşdirdilər . Strup effekti şüurlu iş və hərəkətlərin avtomatlaşmış icrasıdır.Burda şagirdlər avtomatik oxumağa vərdiş etdiyi üçün sözü oxumaq rəngin adını demeye mane olur və bu zaman təkrarlanma nəticəsində yeni vərdiş yaranır.