Vətən müharibəsi şəhidi İbrahimli Məhəmmədəli yad edilib

     7a sinif şagirdləri sinif rəhbəri Zülfiyyə Hacıyevanın başçılığı ilə Vətən müharibəsində şəhid olan İbrahimli Məhəmmədəlinin şəhadət günündə şəhid evini və  məzarını ziyarət ediblər.
     Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidin əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub. Ziyarət zamanı şəhidin həyat və  döyüş yolu barədə söhbət açılıb.Bildirilib ki , Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid edərək yenidən cəbhəyə qayıdıb. 13 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
     Daha sonra şagirdlərin ifasında şəhidin xatirəsinə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi