7e sinfində kimya dərsi
Müəllim Məmmədrəhimova Mətanət 7e sinfində Kimya dərsində "Saf və qarışıq maddələr" , "Qarışıqların ayrılma üsulları" mövzusunda dərs keçib.
Dərsdə maraqlı təcrübələr aparılıb. Şagirdlər öz təqdimatlarını təqdim etdilər. Apardıqları təcrübə əsasında suallar cavablandırıldı.
Şagirdlər maddələrin fiziki xassələrin sabitliyinə görə 2 qrupa -saf və qarışıq maddələrə təsnif olduğunu öyrəndilər. Saf maddələr və qarışıqlara misallar çəkildi. Sonra homogen və heterogen qarışıqlara aid əyani nümunələr göstərildi. Onlar arasındakı fərqlər müzakirə olundu. Daha sonra süzmə ,durultma və maqnitlə təsiretmə üsulları ilə qarışıqların ayrılması nümayiş olundu.