7b sinfi şəhid ailəsini ziyarət edib

     Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – Şəhid İlkin Azay oğlu Xosrovzadənin ailəsi ziyarət olunub.
     7b sinif rəhbəri Humay İsmayılovanın rəhbərliyi ilə şagirdlər şəhid evində qəhrəman şəhidimizin ruhuna dualar oxunub, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, şəhid İlkin Xosrovzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi