ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT OLUNUB

     Məktəbin 7b  sinfi tərəfindən Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib. 7b sinif rəhbəri Humay İsmayılovanın rəhbərliyi ilə şagirdlər şəhid Əli Seyidov və şəhid Tural Dəmirçiyevin ailəsinə ziyarət ediblər.Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə təşkil olunan ziyarətdə məktəblilər tərəfindən şeirlər səsləndirilib.
     Əli Seyidov - 1999- cu il 11 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. 2006- cı ildə R.Zorge adına 90 saylı orta məktəbdə təhsil almağa başlayıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatına qatılan Əli Seyidov 2020- ci il , 4 oktyabrda Tərtər- Suqovuşan döyüşlərində şəhid olmuşdur.
     Tural Dəmirçiyev- 1992-ci il, oktyabrın 1-də Bakı şəhərində anadan olub. 1999- cu ildə R.Zorge adına 90 saylı orta məktəbdə təhsil almağa başlayıb.T.Dəmirçiyev sentyabrın 21- də könüllü olaraq hərbi səfərbərliyə cəlb olunan hərbçilərimizdən idi. 5 oktyabr 2020- ci ildə Füzuli rayonu istiqamətində əks- hücum əməliyyatı zamanı qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalmışdır.
     Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim əziz tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi