Məktəb psixoloqu valideynlərlə görüş keçirib
29 sentyabr 2023 tarixində məktəb psixoloqu 7a sinfində valideyn iclası keçirib. İclasda dərs ilinin əvvəli yeniyetmə şagirdlərinin yaş xüsusiyyətləri və onların korreksiyası mövzusunda söhbət aparılıb.Görüş zamanı valideynlərin övladları ilə ünsiyyəti, məktəb-ailə-müəllim münasibətlərinin və qarşılıqlı əməkdaşlığının zəruriliyi, valideynlərin uşaqlara yanaşma tərzlərində “doğru”qəbul edilən “səhvləri” və yaxın gələcəkdə cəmiyyətin ehtiyac hiss edəcəyi bilik, bacarıqlar, qabiliyyətlər üzərində müzakirə aparıldı. Valideynlər belə görüşlərin keçirilməsinin vacibliyini, davamlılığının zəruriliyini vurğulayaraq, məmnuniyyətlərini ifadə etdilər. Sonda valideynləri maraqlandıran sualları cavablandırılıb.