Şəhid məzun Osman Manafovun evi ziyarət olunub

     Məktəbin 11 d sinif şagirdləri sinif rəhbəri Kifayət Məmmədovanın başçılığı ilə şəhid məzunumuz Osman Manafovun evini ziyarət edib.
        Qeyd edək ki,  XI sinfədək Bakı şəhərindəki Rixard Zorge adına 90 saylı məktəbdə oxuyub; məktəbin ictimai işlərində fəal iştirak edib. Osman Azərbaycan Böyük Vətən Müharibəsi başlayan gündən könüllü olaraq yenidən döyüşlərdə iştirak edib. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi xidmətləri olub şəhid Osmanın. Osman hərbi xidmətdə daim fəal olub, komandirlərin, rəislərin əmr və tapşırıqlarını məsuliyyətlə yerinə yetirib. O, şəhadət şərbətini Qubadlı uğrunda gedən döyüşlərdə içib. Osman anası ilə axırıncı dəfə 20 oktyabrda danışıb. Həmişə olduğu kimi, yenə “Məndən narahat olmayın. Hər şey yaxşıdır. Özünüzdən muğayət olun” deyib... Osman 27 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Bakının Bül-Bülə qəbirstanlığında torpağa tapşırılıb.
Şəhidimizin bir oğul balası yadigar qalıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi