ANIM GÜNÜNƏ HƏSR OLUNAN KONFRANS
27 sentyabr 2023-cü il tarixində məktəbdə Anım Günü ilə bağlı tədbirlər planı çərçivəsində "Qalib Azərbaycan xalqı" mövzusunda tarix müəllimlərinin təşkilatçılığı ilə konfrans keçirilmişdir.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəb rəhbərliyinin iştirakı ilə keçən konfransada Qarabağ tarixi,münaqişənin kökləri və Vətən müharibəsi barədə ətraflı məlumatlar veriblər. Anım Gününün milli qürurumuzun başlanğıc günü olduğu bildirilib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər zaman əziz tutulduğunu qeyd olunub.