ŞƏHİDLƏR XİYABANINA ZİYARƏT EDİLİB

     Məktəbin 10d sinif rəhbəri coğrafiya müəllimi Günay Əliyarova ,8e sinif rəhbəri tarix müəllimi Maqsud Mirzəyev,kitabxana müdiri  Minayə Əzimovanın başçılığı ilə Şəhidlər Xiyabanına ziyarət edilib.
     Şagirdlər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının məzarları önünə tər güllər düzüblər və şeirlər söyləyiblər.
     Qeyd edək ki, bu cür tədbirlər məktəbdə mütamadi şəkildə təşkil edilir. Şagirdləri vətənpərvər ruhda tərbiyə etmək məqsədilə müəllimlərin müşayiəti ilə xiyabana tez- tez ziyarətlər təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi