Şəhid məzunlarımızın xatirəsi ehtiram və qürurla yad edilib

     Sinif rəhbəri Bəsti Əliyevanın başçılığı ilə  
4b sinif şagirdlərinin iştirakı ilə Şəhid məzunlarımızın xatirəsi üçün yaradılan muzeydə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. 
   Müəllim qəhrəman şəhid məzunlarımız Seyidov Əli ,Dəmirçiyev Tural ,Manafov Osman ,Əliyev Abbas,Məmmədov Elcanın həyat və döyüş yolu haqda ətraflı məlumat verib. 
   Bildirilib ki, Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad etmək hər kəsin müqəddəs borcudur. Şagirdlər şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib, xatirə şəkilləri çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi