27 SENTYABR-ANIM GÜNÜ TƏDBİRİ KEÇİRİLİB

     Məktəbdə 27 Sentyabr- Anım Günü ilə əlaqədar  tədbir keçirilib. Tədbirdə məktəbin rəhbərliyi ,müəllim və şagirdləri iştirak ediblər. 
     Əvvəlcə,  Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Tədbirdə məktəb rəhbəri Svetlana Nəbiyeva tədbir iştirakçılarına Anım Günü haqqında məlumat verərək bildirib ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.
Sonda məktəb şagirdləri Şəhidlər Ölməz!, Vətən Var Olsun!, Şəhidlər Qəhrəmanlarımızdır!, Şəhidlərimiz ən ali qürur mənbəyimizdir!, Vətən uğrunda vuruşan hər bir əsgər Qəhrəmandır! , Sənə can qurban, Azərbaycan! şüarları altında  şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib,  xatirə şəkilləri çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi