ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ "DƏYİRMİ MASA"

       Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Humay İsmayılova 7b sinif şagirdlərinin iştirakı ilə  27 sentyabr - Anım Gününə həsr olunmuş "Dəyirmi masa" keçirib.       
     Əvvəlcə, Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizin, həmçinin Ermənistan silahlı qüvvələrinin şəhərlərimizi, kəndlərimizi atəşə tutması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
      Şagirdlər şəhidlərə və vətənə həsr olunmuş şeirlər söyləyib. Sinif rəhbəri Anım Günü haqqında geniş məlumatlar verib. Bildirilib ki, Azərbaycan xalqı və dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

https://fb.watch/njFiSjOuws/?mibextid=Nif5oz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi