İLK DƏRS GÜNÜ

      Məktəbdə 15 sentyabr 2023-cü il tarixində ilk dərs günü -"Bilik Günü"  ilə bağlı keçirilən  rəsmi tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Fərəcova Rəna, Şəhid anaları ,  məktəb rəhbərliyi, müəllimlər,valideynlər və şagirdlər iştirak ediblər.       
     Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.      
     Məktəb rəhbəri Svetlana Nəbiyeva tədbir iştirakçılarını salamlayıb , “Bilik günü” münasibətilə təbrik edib. Şəhid analarına və yaxınlarına dərin hüznlə başsağlığı verib , Allahdan rəhmət diləyib ! Bildirib ki,  Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daima qəlblərdə yaşayacaq, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacaq. 
     Tədbirdə iştirak edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Fərəcova Rəna tədbir iştirakçılarını salamlayaraq , yeni tədris ilində uğurlar arzulayıb və şagirdlərə dərslərinə məsuliyyətlə yanaşmağı, yeni biliklərə yiyələnmək üçün səy göstərməyi tövsiyə edib.
      Qəhrəman şəhidlərimiz -Seyidov Əli,Manafov Osman,Məmmədov Elcan , Dəmirçiyev Turalın valideynləri çıxış edərək şagirdlərə öz arzularını bildiriblər ,həmçinin bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıblar.            Direktor müaviniləri ,Gültəkin Səlimova, Aygün Sadıqova şəhid analarını salamlayaraq nümunəvi övladlar tərbiyə etdikləri üçün onlara sonsuz ehtiramını və təşəkkürünü bildirib.   
     Daha sonra şagirdlərin ifasında vətənpərvərlik şeirləri səslənib. Şagirdlər öz siniflərinə yola salınıb, Bildirək ki , ilk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunub. Məqsəd vətənpərvərlik, dövlətçilik tərbiyəsi, eyni zamanda müasir azərbaycançılıq ideologiyasının genişləndirilməsidir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi