MƏKTƏB PSİXOLOQU VALİDEYNLƏRLƏ İCLAS KEÇİRİB
Məktəb psixoloqu Cəmilə Məmmədova valideynlə ilə onlayn psixoprofilaktik görüş keçirib . İclas zamanı yeni dərs ilinin planlaşdırılması, şagirdlərin emosional və psixoloji durumlarının müzakirəsi, sinifdə sağlam psixoloji mühitin yaradılması və burda valideynlərin , müəllimlərin , şagirdlərin və psixoloqun rolu mövzusunda profilaktik söhbətlər aparılıb. Həmçinin şagirdlərin və valideynlərin hüquq və vəzifələri, ailə tərbiyəsinin düzgün qurulmasının şəxsiyyətin formalaşmasında rolu, məktəblə daha sıx əlaqə qurmağın yolları və zəruri olan digər mühüm məsələlər barədə müzakirələr aparılıb.