Yeni il bayramı qeyd edilmişdir

Bu gün məktəbimizdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı qeyd edilirdi. Məktəbimizin Uşaq birliyi rəhbəri Nərmin Abbasxanova tərəfindən hazırlanmış tədbir yüksək əhval-ruhiyyə ilə keçirildi. Rəngarəng proqrama şagirdlərin söylədikləri şeirlər, ifa etdikləri mahnılar, vals və digər maraqlı çıxışlar daxil idi. Şaxta babanın və Qar qızın gəlişi isə şagirdlərə əsl bayram sevinci yaşatdı. Tədbirin sonunda məktəb rəhbərliyi həm şagirdləri, həm də müəllim kollektivini və valideynləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi