Riyaziyyat gecəsi keçirilmişdir

Məktəbimizin riyaziyyat müəllimi Mailə Xankişiyevanın təşkilatçılığı ilə riyaziyyat gecəsi keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak edirdilər. Dövlət himni ilə başlayan tədbirdə şagirdlər riyaziyyata aid şeir söyləyib, mahnılar oxudular, səhnəciklər nümayiş etdirdilər. Sonra riyazi suallara tədbir iştirakçıları həvəslə cavab verdilər. Suallara cavab verənlərə riyaziyyata aid kiçik hədiyyələr təqdim edildi. Bir-birindən maraqlı suallar səslənən viktorina isə tədbiri daha da maraqlı etdi. Sonda məktəbimizin direktoru Q.Qazıbəyova şagirdləri təbrik edərək, onlara dərslərində və ictimai fəaliyyətlərində müvəffəqiyyətlər arzu etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi