“Biz də hüquqlarımızı tanıyırıq”

5 noyabr tarixində “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbin kiçik akademiya üzvlərinin iştirakı ilə 3“Ç” və 4“B” siniflərində “Biz də hüquqlarımızı tanıyırıq” mövzusunda müzakirələr keçirildi. Akademiyanın üzvləri uşaq hüquqlarının yaranması tarixi, BMT-nin “Uşaq Hüquqları” konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə balaca şagirdlərə ətraflı məlumat verdi. Daha sonra şagirdlərinin fikirləri dinlənildi.