“Suveren dövlətin ekoloji dəyərləri” layihəsi Bakı Zooloji Parkına ekskursiya keçirildi.

“Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində mayın 28-də məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Ağayevanın təşkilatçılığı ilə 1 “C” sinif şagirdlərinin iştirakı ilə Bakı Zooloji Parkına ekskursiya keçirildi.
Ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, şagirdləri vəhşi heyvanların müxtəlif növü ilə əyani tanış etmək və onlara heyvanat aləmi haqqında əhatəli məlumat vermək olmuşdur.