“Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində dekorativ güllərin əkilməsi təşkil olundu.

“Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində may ayının 29-da məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və bir qrup yeddinci sinif şagirdlərinin iştirakı ilə məktəbin həyətyanı sahəsində dekorativ güllərin əkilməsi təşkil olundu.
Məqsəd şagirdlərdə təbiətə sevgi, ətraf mühitə qayğı və ekoloji şüurun formalaşdırılmasıdır. Aksiya həm maarifləndirici, həm də praktik xarakter daşımaqla məktəb-mühit münasibətlərinin möhkəmləndirilməsinə töhfə vermişdir.