FƏXRİMİZ

         Abidov Ramiq Ramiz oğlu

    Abidov Ramiq Ramiz oğlu 13 avqust 1971-ci ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olmuşdur.1978-ci ildə Bakı şəhəri R.Abidov adına 85 nömrəli tam orta məktəbin I (birinci) sinfinə daxil olub.1986-cı ildə VIII(səkkizinci) sinfi bitirərək 1 saylı Texniki Peşə məktəbinin Elektrik qaz qaynaqçısı fakultəsinə  daxil olub və Suraxanı Maşınqayırma zavoduna işə girmişdi.

1989-cu ildə Sovet Ordusuna əsgəri xidmətə çağırılmışdı. Əsgərlik xidmətini Türkmənistan SSR-nin Kərki şəhərində sərhəd qoşunlarında keçirmişdi.1991-ci ildə 3 fəxri fərman və müxtəlif fərqlənmə nişanları ilə doğma vətənə qayıtmışdı. Vətənimizdə gedən elan olunmamış müharibənin dəhşətlərinə dözməyən Ramiq bir neçə aydan sonra Milli Ordunun könüllü əsgəri olmuş və elə birinci gündən ən qaynar cəbhə bölmələrində vuruşmuşdu. Bir hissə komandiri kimi öz döyüşçü yoldaşları ilə Ağdam rayonu bölgəsində gedən bütün döyüşlərdə iştirak etmiş və cəsurluğu ilə böyük hörmət qazanmışdır.Dəhrəz kəndi uğrunda gedən döyüşdə yaralanmış , yarası sağalandan sonra yenə də cəbhəyə qayıtmışdı.

            1992-ci ilin sentyabr ayında Sırxavənt kəndi uğrunda gedən döyüşlərdə Ramiq ağır yaralanmış, gözlərini əbədi yummuş və sentyabr ayının 5-də Şəhidlər Xiyabanda dəfn olunmuşdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi