"İnsan hüquqları" mövzusunda maarıfləndirici tədbir keçirdi

May ayının 30-da məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı ilə "İnsan hüquqları" mövzusunda maarıfləndirici dəyirmi masa keçirildi.
Tədbirdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, ölkə Prezidentinin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açılaraq, insan hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışılıb, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi, bu sahədə geniş miqyaslı işlərin görüldüyü haqqında ətraflı məlumat verildi.