"Narkomaniyaya yox deyək, sağlam vərdişlər sağlam gələcəyin əsasıdır"

       Oktyabrın 21-də Suraxanı rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi polis polkovnik - leytenantı Namiq Məmmədov, 31-ci polis bölməsinin rəis müavini polis polkovnik-leytenantı Əli Həsənov,  və bölmənin əməkdaşlarının iştirakı ilə “Narkomaniyaya yox deyək, sağlam vərdişlər sağlam gələcəyin əsasıdır” mövzusunda tədbir keçirilmişdir. IX-XI sinif şagirdlərinin iştirak etdiyi tədbirdə narkomaniyanın bəşəriyyəti narahat edən məsələlərdən biri olduğu, onun qarşısının alınması məqsədi ilə görülmüş işlər barədə geniş məlumat verilmiş, şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi