“Könlüm keçir Qarabağdan”

30.05.2019-cu il tarixində sinif müəllim Ruhiyyə İbadovanın təşkilatçılığı ilə “Könlüm keçir Qarabağdan” başlığı altında tədbir keçirildi. Tədbirdə Qarabağ döyüşlərinin iştirakçısı, Aprel qazisi Kamil Müsəvi də qonaq qismində iştirak edirdi. Vətənpərvərlik mövzusunda olan tədbirdə şagirdlərin çıxışları, hazırladıqları səhnəciklər hamı tərəfindən maraqla izlənildi. Tədbirin sonunda Kamil Musəvi öz döyüş təəssüratlarını şagirdlərlə bölüşdü, onların suallarını cavablandırdı.