"Azadlıq və müstəqillik"

Şərqdə ilk dəfə azad, demokratik dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı və xalqımızın tarixində qızıl hərflərlə həkk olunmuş 1918-ci il may ayının 28-i Azərbaycan vətəndaşının milli qürur mənbəyidir. Bununla əlaqədar olaraq 28 May-Respublika Günü münasibətilə məktəbdə "Azadlıq və müstəqillik" adlı tədbir keçirildi. Tədbir iştirakçıarı tərəfindən AXC - nin görkəmli nümayəndələri haqqında hazırladıqları məlumat və videoçarxlar nümayiş edildi.