“Böyük həyatın unudulmas sərkərdəsi”

    10.05.2019-cu il tarixdə Ulu Öndər, dahi insan Heydər Əliyevin anadan olmasının 96  illiyi ilə əlaqədar məktəbin tarix müəllimi Aynur Əsgərovanın təşkilatçılığı ilə “Böyük həyatın unudulmas sərkərdəsi”   mövzusunda tədbir keçirildi. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyatı və keçdiyi rəşadətli ömür yolundan danışılmış, iti zəkaya, mətin iradəyə malik olan Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycanla qürur duyduğu bildirilmiş, onun gördüyü işlər haqqında məlumat verilmişdir. Tədbirdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, şagirdlər tərəfindən H.Əliyevə həsr olunan mahnılar oxunmuş, şeirlər səsləndirilmiş, şagirdlərin hazırladıqları təqdimatlara baxılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi