Gözəl ana, gözəl qadın, dünya tibb elminin incisi

       Gözəl ana, gözəl qadın, dünya tibb elminin incisi Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı il dönümü münasibətilə 26 apreldə məktəbdə tədbir keçirildi. Tədbirdə Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həmçinin Zərifə xanım Əliyevanın Azərbaycan və Dünya Tibb elminə verdiyi töhfələr, görmə orqanlarını patologiyası sahəsində apardığı elmi tədqiqat işləri uğurlu nəticələrinə görə aldığı mükafatlar şagirdlərin diqqətinə çatdırıldı. Zərifə xanımın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verildi və məktəb üzrə Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı il dönümü münasibətilə əlaqədar keçirilən rəsm müsabiqəsində məktəbin 9B sinif şagirdi Ülkər Əliyeva I yeri tutaraq diplomla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi