Sağlam qida və sağlam həyat tərzi

Məktəbin illik fəaliyyət planına əsasən aprelin 25-də 4C və 6A siniflərində sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etməklə “Sağlam qida və sağlam həyat tərzi” mövzusunda profilaktik söhbətlər aparıldı. Şagirdlərdə düzgün qidalanma, zərərli vərdişlərdən uzaq olmaları sağlam həyat tərzinin ilkin şərtlərindən biri olduğu barədə geniş məlumat verildi, video çarx və slaydlar nümayış etdirildi.