26 fevral faciəsinin 24-cü ildönümünün keçirilməsi haqqında

Xocalı soyqırımının 24-cü ildönümünün qeyd edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15 fevral 2016-cı il tarixli, 78 nömrəli əmrin icrasını təmin etmək məqsədi ilə R.Abidov adına 85 nömrəli tam orta məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən məktəbin foyesində "Xocalı soyqırımı şagirdlərin gözü ilə" adlı əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Bütün siniflərdə foto-stendlər, divar qəzetləri buraxılmışdır. " 26 fevral 2016-cı il tarixində ilk dərslər "Xocalı soyqırımı XX əsrin faciəsi" mövzusuna həsr olunmuşdur. 26 fevral 2016-cı il tarixdə "Xocalı soyqırımı XX əsrin faciəsi" mövzusunda ümumməktəb tədbirində Respublika Qadınlar Cəmiyyətinin Bakı Şəhəri və Suraxanı rayon şöbələrinin sədrləri, Suraxanı rayon veteranlar təşkilatının nümayəndəsi, milli qəhrəman Rafiq Alicanovun həyat yoldaşı və şəhid ailələri iştirak etmişdilər. 26.02.2016-cı il tarixdə məktəbin pedaqoji kollektivi Xocalı faciəsinin yad edilməsi məqsədi ilə "Ana fəryadı" heykəlini ziyarət etmişdilər.