“Valideynin məktəbdə bir günü”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F- 66 nömrəli əmrinə əsasən 19 fevral 2019 - cu il tarixində məktəbimizdə " Valideynin məktəbdə bir günü " adlı tədbir keçirilmişdir. Tədbirdə Təlimə Dəstək mərkəzinin metodisti Rövşən Qasımov, məktəbin direktoru , təlim-tərbiyə işləri üzrə direktor müavini çıxış edərək məktəb - valideyn əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi barədə ətraflı məlumat verdilər.
Sonra valideynlər məktəbdə yaradılan şəraitlə, məktəbin daxili tərtibatı ilə yaxından tanış oldular və müxtəlif dərslərdə iştirak etdilər. Sonda çay süfrəsi arxasında müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparıb, valideynlərin təklifləri dinlənildi.