“Azadlığa aparan yol” adlı tədbir

    21  yanvar 2019- cu il tarixdə məktəbimizin ibtidai sinif müəllimi Zülfiyyə Ağayevanın təşkilatçılığı ilə 1990- cı il 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Azadlığa aparan yol” adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş, şəhidlik zirvəsinin ən yüksək zirvə olduğu aparıcılar tərəfindən xüsusilə vurğulanmışdır. Tədbirdə 20 yanvar hadisələri ilə bağlı fikirlərini söylənilmiş, müstəqilliyimizin şəhidlərimizin qanı bahasına əldə edildiyini qeyd edilmişdir.

    Tədbirdə məktəbimizin şagirdləri tərəfindən 20 yanvar hadisələrinə, bu hadisələr zamanı şəhid olanların əbədi xatirəsinə həsr olunmuş seirlər səsləndirilmiş, səhnəciklər göstərilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi