Riyaziyyat fənni üzrə qarşılıqlı dərs dinləmə barədə

Məktəbin illik fəaliyyət planının müvafiq bəndinə əsasən dərs dinləmələr davam edir. 09.01.2019-cu il tarixdə məktəbin riyaziyyat müəllimi Aynurə Məmmədovanın 11A sinfində “Mürəkkəb funksiyanın törəməsi” mövzusunda açıq dərsi keçirildi. Dərsin gedişatında şagirdlərdə törəmənin həndəsi və fiziki mənasını dərk etməklə real həyati situasiya məsələlərinin həllinə tətbiq etmək bacarıq və vərdişləri formalaşdırıldı. Şagirdlər funksiyanın törəməsinə aid çalışmaları, situasiya məsələləri həll edərkən yüksək bacarıq nümayiş etdirdilər.